Ursula von der Leyen: "Vəziyyət Əfqanıstan xalqı üçün faciədir"

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 24 avqust 2021 20:58 (UTC +04:00)

"Vəziyyət həqiqətən də Əfqanıstan xalqı üçün faciədir və beynəlxalq ictimaiyyət üçün böyük bir uğursuzluqdur".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen G7-nin virtual keçirilən toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

O, əfqanlar da daxil olmaqla, Əfqanıstanda yaşayan Avropa Birliyi işçilərinin əksəriyyətinin Kabil hava limanından təxliyə edildiyini söyləyib.

Ursula von der Leyen qeyd edib ki, G7 liderləri “Taliban” hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan xalqına köməyi özlərinə mənəvi borc olaraq görür.

Avropa Komissiyasının Prezidenti bildirib ki, miqrasiya mövzusunda qadınlar, xüsusilə təhsilli qadın və qızlar, jurnalistlər, hüquq müdafiəçiləri, müəllimlər, hakimlər və hüquqşünaslar prioritetdir.

“Ən həssas qrupdan olan insanları qorumaq üçün ilk növbədə qlobal əməkdaşlıq qurulmalı və məsələyə bu cür yanaşılmalıdır. Bu insanlar qaçaqmalçıların əlinə düşməməlidir, onların təhlükəsiz yollara ehtiyacı var”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR