ÜST koronavirusun Omicron ştamının yayılma təhlükəsini qiymətləndirib

Tedros Adhanom Qhebreyesus

© APA | Tedros Adhanom Qhebreyesus

# 09 dekabr 2021 05:15 (UTC +04:00)

“Dünyada Omicron ştamının yayılması pandemiyanın gedişatına əhəmiyyətli təsir göstərə bilər, lakin onun təhlükəsi haqqında daha çox məlumat lazımdır”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (UST) baş direktoru Tedros Adhanom Qhebreyesus brifinqdə bildirib.

Baş direktor deyib i, bu günə qədər 57 ölkəsindən Omicronun identifikasiyası barədə məlumat daxil olub və onların sayının artacağı gözlənilir: “Omicronun bir sıra xüsusiyyətləri, o cümlədən qlobal yayılması, çox sayda mutasiyaları pandemiyanın gedişatına əhəmiyyətli təsir göstərə biləcək”.

Qhebreyesus əlavə edib ki, Omicronun Deltadan üstün olub-olmadığını anlamaq üçün dünyadakı vəziyyəti diqqətlə izləmək vacibdir: “Bütün ölkələri bununla bağlı ardıcıllığı gücləndirməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR