ÜST: “Omikron” ştammının daha çox yoluxucu olması ilə bağlı konkret məlumatlar yoxdur

ÜST: “Omikron” ştammının daha çox yoluxucu olması ilə bağlı konkret məlumatlar yoxdur
# 29 noyabr 2021 00:34 (UTC +04:00)

“Omikron” ştammının “Delta”a və yaxud digərləri ilə müqayisədə daha çox yoluxucu olub-olmaması ilə bağlı hələlik əldə edilmiş konkret məlumatlar yoxdur.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Omikron” ştammı ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, gərginliyin yaşandığı Cənubi Afrikada yoluxma sayının artmasının “Omikron”la bağlı olub-olmamsı istiqamətində epidemioloji tədqiqatlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR