ÜST rəhbəri Yer kürəsində yeni təhlükəli virusun yarana biləcəyi barədə xəbərdarlıq edib

Tedros Adanom Qebreyesus

© APA | Tedros Adanom Qebreyesus

# 30 oktyabr 2021 07:18 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

APA-nın məlumatına görə, Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması “bioloji baxımdan danılmazdır”.

“Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq”, - ÜST rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR