ÜST təhlükəli patogenlər üzrə 25 mütəxəssisdən ibarət elmi məsləhət qrupu yaradır

ÜST təhlükəli patogenlər üzrə 25 mütəxəssisdən ibarət elmi məsləhət qrupu yaradır
# 21 avqust 2021 06:13 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni patogenlərin mənşəyini araşdıracaq mütəxəssislərdən ibarət elmi məsləhət qrupunun yaradılacağını açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, sözügedən strukturun yaradılması koronavirus pandemiyasının nəticələrini nəzərə alaraq, planetdə təhlükəli xəstəliklərin yayılma risklərini vaxtında qiymətləndirmək ehtiyacından qaynaqlanır.

Məsləhət qrupunun tərkibinə hökumətləri, müəssisələri, tədqiqat institutlarını və ya vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən 25-ə qədər mütəxəssis daxil olacaq.

Qrupun ilk toplantısı sentyabrın 30-da və ya oktyabrın əvvəlində keçiriləcək Bunu nəzərə alaraq, ÜST namizədlərin 10 sentyabr tarixinədək təsdiqlənəcəyi bildirilib.

Bəyanatda, həmçinin, bildirilib ki, dünya son illər yeni patogenlərin yaranması və köhnə xəstəliklərin təkrar törədilməsi ilə əlaqədar artan təhlükələrlə üzləşib: “SARS-CoV-2-nin sürətlə ortaya çıxması və yayılması gələcəkdə oxşar hadisələrə hazır olmağın, erkən mərhələdə yeni patogenləri müəyyən etməyin, ortaya çıxmasına və yayılmasına kömək edən risk faktorlarının həll edilməsinin vacibliyini göstərdi. Bunlar xüsusilə SARS-CoV-2, MERS-CoV, Lassa, Marburq, Ebola, Nipah, quş qripidir. Hesab edirik ki, bu cür epidemiyalara nəinki yaxından nəzarət etmək və onlara tez reaksiya vermək, həm də “patogenlər və onların təbii mənbələrdən insanlara necə ötürülməsi” mövzusunda araşdırma aparmaq lazımdır”.

ÜST məsləhət qrupunun üzvlərinin yeni patogenlərin mənbələri, həmçinin, epidemiya potensialı ilə əlaqədar texniki və elmi mövzularda təşkilata məsləhət verəcəyi vurğulanıb. Bundan əlavə, mütəxəssislər SARS-CoV-2-nin mənşəyini aydınlaşdırmaq üçün "növbəti addımlar" atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR