ÜST-ün Avropa Ofisinin rəhbəri koronavirusa qarşı peyvənd olunub

ÜST-ün Avropa Ofisinin rəhbəri koronavirusa qarşı peyvənd olunub
# 30 iyun 2021 02:16 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluqe koronavirusa qarşı tam peyvənd olunub.

APA xəbər verir ki, ÜST-ün Avropa Ofisinin rəhbəri bu barədə tvitter hesabında yazaraq, digər insanları da peyvənd olunmağa çağırıb.

Hans Kluqe deyib ki, Avropada COVID-19 epidemiyasının yayılmasından bu yana 522 gün keçib və o, hazırda regionda hər iki doza ilə tam peyvənd olunan olunan 202 milyondan biridir: “Bu gün elm adamlarına, səhiyyə işçilərinə hədsiz dərəcədə minnətdaram. Sıra çatanda mən də peyvənd olundum.

Qeyd edək ki, bundan əvvəl, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüssel İqtisadi Forumunda çıxış edərkən Avropa Birliyinin yetkinlik yaşına çatmış əhalisinin təxminən 41% -nin koronavirus əleyhinə tam peyvənd olunduğunu bildirib. Bunların 60 faizindən çoxu peyvəndin birinci dozasını vurdurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR