ÜST-ün sədri yeni pandemiyaya hazır olmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus

© APA | Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus

# 29 iyun 2021 05:09 (UTC +04:00)

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik”, - deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib.

O qeyd edib ki, “yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək” lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR