Vladimir Putin: "Merkel təcrübəli siyasətçi, dürüst və etibarlı şəxsdir"

Vladimir Putin, Angela Merkel

© APA | Vladimir Putin, Angela Merkel

# 05 iyun 2021 12:37 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə yaxşı iş əlaqələrinin olduğunu və həmkarı olaraq onun üçün darıxacağını bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində beynəlxalq agentliklərin rəhbərləri ilə görüşdə deyib.

"Siz həmkarınız Merkal üçün darıxacaqsınızmı?" sualına Rusiya prezidenti: "Əlbəttə, onun yerinə kimin seçiləcəyini bilmirəm. Angela ilə həqiqətən yaxşı işgüzar münasibətlərimiz var və onu yüksək qiymətləndirirəm", - deyə cavab verib.

Vladimir Putin kansler Merkeli təcrübəli siyasətçi, dürüst və etibarlı, tutarlı və mövqeyini müdafiə edə bilən şəxs adlandırıb.

Putin eyni sabitliyi və etibarlılığı Almaniyanın gələcək hökumətinin Rusiya ilə münasibətlərində görmək istədiyin qeyd edib.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel sentyabr ayında Alman Bundestaqına keçiriləcək seçkilərdən sonra siyasətdən gedəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR