Xorvatiyada təyyarə bomba xəbərdarlığı ilə təcili eniş edib

Xorvatiyada təyyarə bomba xəbərdarlığı ilə təcili eniş edib
# 26 iyun 2021 08:15 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqadan Xorvatiyanın Split şəhərinə uçan “Smartwings” aviaşirkətinə məxsus “Boeing 737-7Q8” sərnişin təyyarəsi bomba xəbərdarlığı ilə təcili eniş edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təyyarə tam yoxlanıldıqdan sonra məlum olub ki, pilotlara ötürülən xəbər əsasızdır.

"Bütün sərnişinlər və heyət üzvləri yoxlanılıb. Həmçinin təyyarədəki baqaj fərdi qaydada rentgen müayinəsindən keçirilib. Lakin partlayıcı maddə ilə bağlı xəbər təsdiqini tapmayıb. Hazırda təyyarə Split hava limanındadır”, deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR