Yaponiyada sürüşmə nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Yaponiyada sürüşmə nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb
# 18 iyul 2021 10:00 (UTC +04:00)

Yaponiyanın Atami şəhərində baş verən sürüşmədən sonra daha iki nəfərin ölümü təsdiqlənib. Beləliklə ölənlərin sayı 15 nəfərə çatıb.

APA bildirir ki, bu barədə “Kiodo” agentliyi xəbər verir.

Qeyd edək ki, sürüşmə iyulun əvvəlində baş verib. Fəlakətdən dərhal sonra şəhər rəhbərliyi dəqiqləşdirilməmiş məlumatlara görə itkin düşənlərin sayının təxminən 20 nəfər olduğunu bildirib. Lakin sonradan məlum olub ki, həmin ərazidə 215 nəfər yaşayıb. Sürüşmə nəticəsində təxminən 130 ev sökülüb. İndiyə qədər 14 nəfərin yerini tapmaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR