“YouTube” videonun altındakı “bəyənməmə” sayını izləyicilərdən gizlədəcək

“YouTube” videonun altındakı “bəyənməmə” sayını izləyicilərdən gizlədəcək
# 11 noyabr 2021 08:23 (UTC +04:00)

Artıq “YouTube” videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.

APA-nın məlumatına görə, bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib.

Bir sözlə, videoların “bəyənməmə” sayı izləyicilərdən gizlədiləcək.

Dəyişikliklərin noyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.

Tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR