Yunanıstanda 200-dən çox evi su basıb

Yunanıstanda 200-dən çox evi su basıb
# 10 oktyabr 2021 18:29 (UTC +04:00)

Yunanıstanda leysan yağışlardan sonra Evbei adasında 200-dən çox evi su basıb.
APA-nın “Skai” telekanalına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən leysan yağışlardan sonra yerli dağ çayı daşıb.
Eyni zamanda bir çox yollar su altında qalıb.
Aqia Anna, Axladi və Kotsikia yaşayış məntəqələrində də leysan yağışlar ciddi problemlərə yol açıb.
Tələfat barədə hələlik məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR