Yunanıstanda atışma olub, 3 nəfər ölüb

Yunanıstanda atışma olub, 3 nəfər ölüb
# 06 iyun 2021 17:21 (UTC +04:00)

Yunanıstanın Korfu adasındakı Dasia bölgəsində atışma baş verib.

APA bildirir ki, bu barədə Yunanıstanın dövlət televiziyası “ERT” xəbər yayıb.

Məlumata görə, silahlı insident zamanı üç nəfər ölüb. Bunlardan ikisi bölgədə yaşayan fransız cütlükdür. Digər ölənin isə cinayətkar olduğu qeyd olunur.

Atışma yerli vaxtla saat 11.30 radələrində olub. Hadisənin böyük bir otel kompleksinin yanında baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. Televiziyanın məlumatına görə, hadisənin maliyyə və ya əmlak mübahisələri səbəbindən olması ehtimal edilir.

Polisdəki mənbələrin bildirdiyinə görə, cinayətkar 55-60 yaşındadır və polis məmurunun atasıdır. Onun ov tüfəngindən atəş açdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR