Yunanıstanda baş vermiş 6 ballıq zəlzələ Türkiyədə də hiss edilib

Yunanıstanda baş vermiş 6 ballıq zəlzələ Türkiyədə də hiss edilib
# 12 oktyabr 2021 14:10 (UTC +04:00)

Yunanıstanın Krit adası sahillərində 6,3 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün yerli vaxtla saat 12:24-də qeydə alınıb.

Bildirilib ki, zəlzələ İzmir və onun ətraf ərazilərində də hiss olunub.

Krit adasının bəzi ərazilərində dağıntıların olduğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR