Yunanıstanda buster doza üçün müddət azaldılıb

Yunanıstanda buster doza üçün müddət azaldılıb
# 04 dekabr 2021 06:15 (UTC +04:00)

Yunanıstanın Səhiyyə nazirliyi buster doza üçün müddəti 6 aydan 3 aya endirib.

APA-nın xəbərinə görə, buna səbəb son günlərdə yoluxmaların kəskin artmasıdır.

Noyabrın əvvəllərindən etibarən sutkalıq yoluxma və ölüm hallarında ciddi artım müşahidə olunur. Son bir neçə gündə isə sutkalıq yoluxmalar 3500-dən 6000-ə yüksəlib. Ötən sutka ölkədə koronavirusdan 97 ölüm faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR