Yunanıstanın Baş naziri ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilənin bağlandığını açıqlayıb

Yunanıstanın Baş naziri ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilənin bağlandığını açıqlayıb
# 12 sentyabr 2021 17:50 (UTC +04:00)

Yunanıstan ilə ABŞ arasında müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqavilə 5 il müddətinə bağlanacaq.

APA bildirir ki, bunu Yunanıstan Baş naziri Kyriakos Mitsotakis ənənəvi olaraq keçirilən mətbuat konfransında söyləyib. Mətbuat konfransı “ERT1” dövlət telekanalı tərəfindən canlı yayımlanıb.

Baş nazir, ABŞ ilə yeni müqavilənin indiki kimi hər il deyil, hər beş ildən bir yenilənib - yenilənməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Məlumat dəqiqdir. Hər il yenilənməməsi üçün müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin beş il uzadılmasını müzakirə edirik.

Bu, hər iki tərəfin uyğun planlaşdırma aparmasına imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR