Zelenski Aİ Şurasının Prezidenti ilə görüşüb

Zelenski Aİ Şurasının Prezidenti ilə görüşüb

© APA | Gitanas Nauseda, Vladimir Zelenski, Şarl Mişel

# 06 iyul 2021 17:21 (UTC +04:00)
Ukrayna Prezidenti Vladimir Zelenski Litvada Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Litva Prezidenti Gitanas Nauseda "Twitter"də bildirib.
"Bu gün Vilnüsdə Vladimir Zelenski və Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirildi. Şərq Tərəfdaşlığını, Ukraynadakı islahatları, Krımı və enerji təhlükəsizliyini müzakirə etdik. Litva Ukraynanın Avropaya inteqrasiya ilə bağlı istəklərinin sadiq tərəfdarıdır", - deyə Litva Prezidenti qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR