Zelenski Gürcüstanın Baş naziri ilə Saakaşvili barədə məsələni müzakirə edib

Zelenski Gürcüstanın Baş naziri ilə Saakaşvili barədə məsələni müzakirə edib
# 12 noyabr 2021 11:44 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə V. Zelenski özünün “Twitter” hesabında paylaşım edib.

V. Zelenski qeyd edib ki, söhbət zamanı Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqlarının beynəlxalq normalar əsasında tam şəkildə qorunmalı olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan Baş nazirinə M. Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin qəbulu üçün müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR