Zelenski Rusiyanı “Krım platforması”nda iştiraka dəvət edib - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin

# 23 avqust 2021 15:50 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı “Krım platforması” zirvəsində iştiraka dəvət edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısı “Krım platforması”nın təsis görüşündə bildirib.

Qeyd edək ki, “Krım platforması” Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Bu gün “Krım platforması”nın zirvəsində ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR