Zelenski Ukrayna və Rusiya arasında müharibə ehtimalını mümkün sayır

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 10 sentyabr 2021 12:39 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalını mümkün hesab edir.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti V. Zelenski Yalta Avropa Strategiya Forumunda (YES) çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, genişmiqyaslı müharibə ola bilər. Bu mövzuda potensial var. Düşünürəm ki, bu, Rusiyanın ən böyük səhvi olacaq”, - deyə o vurğulayıb.

V. Zelenski qeyd edib ki, hazırda ukraynalılarla rusiyalılar arasında boşluq var, lakin vaxt keçdikcə əlaqələr düzələ bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR