Zelenski və Merkel Donbasdakı vəziyyəti müzakirə edib

Zelenski və Merkel Donbasdakı vəziyyəti müzakirə edib
# 01 noyabr 2021 18:46 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Kansleri Angela Merkellə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Vladimir Zelenski "Twitter"də bildirib.

Görüş Qlazqoda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı (COP26) çərçivəsində baş tutub.

Görüşdə Donbasdakı mövcud təhlükəsizlik vəziyyəti və sülh danışıqlarının gedişi, Avropada enerji böhranı və ondan çıxış yolları, həmçinin Ukrayna və Almaniya arasında münasibətlərin aktual məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR