Zelinski Merkelə ölkəsinin “Azadlıq Ordeni”ni təqdim edib

Ukrayna Prezidenti Vladimir Zelinski və Almaniya Kansleri Angela Merkel

© APA | Ukrayna Prezidenti Vladimir Zelinski və Almaniya Kansleri Angela Merkel

# 22 avqust 2021 22:12 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelinski Almaniya Kansleri Angela Merkeli ölkəsinin dövlət mükafatı – “Azadlıq Ordeni” ilə təltif edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat dərc edilib.

Təqdimat zamanı sentyabr ayında Almaniyada yeni bir kanslerin seçiləcəyini deyən Zelinski əminliklə deyib ki, xanım Merkel Almaniya və Avropanın siyasi həyatının fəal iştirakçısı olaraq qalacaq: “Cənab Merkel, ancaq bilin ki, istənilən halda, istənilən vəziyyətdə və istənilən vaxt Ukraynada həmişə xoş qonaq olacaqsınız”.

Qeyd edək ki, “Azadlıq Ordeni”ni Ukraynanın suverenliyinin və müstəqilliyinin qurulmasında, demokratiyanın inkişafında, habelə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqlarının qorunmasında xidmətlərinə görə verilir.

Xatırladaq ki, Almaniya Kansleri Angela Merkel avqustun 22-də prezident Vladimir Zelinski ilə görüşmək üçün Ukraynaya səfər edib. Kiyevdəki danışıqlar zamanı liderlər, xüsusən, "Şimal axını-2" və Donbasdakı vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR