“AFB Bank” Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat köçürüb

#
# 13:43
2 oktyabr 2020

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yardım edib.

Cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə rəşadətli ordumuza dəstək olmaq məqsədi ilə “AFB Bank” ASC də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat vəsait köçürüb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb.

Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR