Deputat “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edib

Deputat “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edib
# 04 may 2021 11:35 (UTC +04:00)

“Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinə (hərbçilərə bələdiyyə torpaqlarının verilməsi) dəyişiklik edilməsini təklif edirəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bununla bağlı artıq müraciət edib: “Bu qanun layihəsinin yenidən hazırlandığını dedilər. Bu qanun üzərində çalışan işçi qrupundan bu məsələyə diqqət yetirmələrini xahiş edirəm”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR