Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO
# 05 sentyabr 2020 23:00 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR