Polkovnik Vaqif Dərgahlı: “Ermənistan ərazisindən Daşkəsən rayonunun ərazisi atəşə tutulur”

#
# 08:30
29 sentyabr 2020

"Ermənistan növbəti provokasiyaya əl atıb". 

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. 

O qeyd edib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur: “Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR