Avropa fond bazarlarının əsas indeks göstəriciləri

Avropa fond bazarlarının əsas indeks göstəriciləri
# 21 yanvar 2020 09:31 (UTC +04:00)

Yanvarın 20-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,30% – 7 651,44 bəndədək, Fransa CAC-40 indeksi 0,36% – 6 078,54 bəndədək enib, Almaniya DAX-ı isə 0,17% – 13 548,94 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, yanvarın 20-də ABŞ-da Martin Lüter Kinq gününün qeyd olunması ilə əlaqədar Amerika fond bazarında ticarət əməliyyatları keçirilməyib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,37% artaraq 1 567,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1,1098 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR