"Brent" neftinin qiyməti 2017-ci ilin iyulundan ilk dəfə 48 dollardan aşağı düşüb

"Brent" neftinin qiyməti 2017-ci ilin iyulundan ilk dəfə 48 dollardan aşağı düşüb
# 06 mart 2020 15:40 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 14:40-da 5,5% azalaraq 1 barelə görə 47,25 dollar təşkil edib. Sonuncu dəfə "Brent" markalı neftin qiyməti 48 dollardan aşağı 2017-ci ilin iyul ayında düşmüşdü.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,4% azalaraq 44 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR