Bu həftə "AzerGold"un istiqrazlarının ilk tranşının yerləşdirilməsinə başlanacaq

Bu həftə "AzerGold"un istiqrazlarının ilk tranşının yerləşdirilməsinə başlanacaq
# 21 sentyabr 2020 14:55 (UTC +04:00)

Sentyabrın 24-də Bakı Fond Birjasında (BFB) "AzerGold" QSC-nin istiqrazlarının birinci tranşının yerləşdirilməsi keçiriləcək.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərraca 10 mln. ABŞ dolları həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə rəqabətli hərrac üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazlar nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Yerləşdirmə üzrə anderrayter qismində "Paşa Kapital" investisiya şirkəti çıxış edir.

Qeyd edək ki, istiqraz emissiyasının ümumi həcmi 20 mln. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR