Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 13 yanvar 2021 09:10 (UTC +04:00)

Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,19% – 31,068.69 bəndədək, S&P 500 indeksi 0,04% – 3,801.19 bəndədək, Nasdaq indeksi isə 0,28% – 13,072.43 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 12-də FTSE 100 indeksi 0,65% – 6,754.11 bəndədək, Fransa CAC-40 indeksi 0,20% – 5,650.97 bəndədək, Almaniya DAX indeksi isə 0,08% – 13,925.06 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,25% azalaraq 1 847,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,39 artaraq 1,2205 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR