Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 24 aprel 2021 09:26 (UTC +04:00)

Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,67% – 34 043,49 bəndədək, S&P 500 indeksi 1,09% – 4 180,17 bəndədək, Nasdaq indeksi isə 1,44% – 14 016,81 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi dəyişməyərək 6 938,24 bənd səviyyəsində qalıb, Almaniyanın DAX indeksi 0,27% – 15 279,62 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,15% – 6 257,94 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,28% azalaraq 1 778 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,67% artaraq 1,2096 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR