Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 17 mart 2020 09:05 (UTC +04:00)

Martın 16-da Amerika fond bazarında Dow Jones indeksi 12,93% – 20,188.52 bəndədək, Nasdaq indeksi 12,32% – 6,904.59 bəndədək, S&P 500 indeksi isə 11,98% – 2,386.13 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 16-da FTSE 100 indeksi 4,01% – 5,151.08 bəndədək, Fransa CAC-40 indeksi 5,75% – 3,881.46 bəndədək, Almaniya DAX-ı isə 5,31% – 8,742.25 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,84% azalaraq 1 511,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,6% artaraq 1,1173 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR