Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 02 aprel 2020 09:04 (UTC +04:00)

Aprelin 1-də Amerika fond bazarında Dow Jones indeksi 4,44% – 20,943.51 bəndədək, Nasdaq indeksi 4,41% – 7,360.58 bəndədək, S&P 500 indeksi isə 4,41% – 2,470.50 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 3,83% – 5,454.57 bəndədək, Fransa CAC-40 indeksi 4,30% – 4,207.24 bəndədək, Almaniya DAX-ı isə 3,94% – 9,544.75 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,45% azalaraq 1 591,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,58% azalaraq 1,0967 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR