Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 05 sentyabr 2020 10:12 (UTC +04:00)

Sentyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,56% – 28,133.31 bəndədək, S&P 500 indeksi 0,81% – 3,426.96 bəndədək, Nasdaq indeksi isə 1,27% – 11,313.13 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 4-də FTSE 100 indeksi 0,88% – 5,799.08 bəndədək, Fransa CAC-40 indeksi 0,89% – 4,965.07 bəndədək, Almaniya DAX-ı isə 1,65% – 12,842.66 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,18% azalaraq 1,934.30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% azalaraq 1,1838 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR