Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 14 mart 2020 09:59 (UTC +04:00)

Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 9,36% – 23,185.62 bəndədək, Nasdaq indeksi 9,35% – 7,874.88 bəndədək, S&P 500 indeksi isə 9,29% – 2,711.02 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 13-də FTSE 100 indeksi 2,46% – 5,366.11 bəndədək, Fransa CAC-40 indeksi 1,83% – 4,118.36 bəndədək, Almaniya DAX-ı isə 0,77% – 9,232.08 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,92% azalaraq 1 540,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,58% azalaraq 1,1107 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR