Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
# 17 noyabr 2020 09:07 (UTC +04:00)

Noyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,6% – 29 950,44 bəndədək, S&P 500 indeksi 1,16% – 3 626,91 bəndədək, Nasdaq indeksi isə 0,8% – 11 924,13 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 16-da FTSE 100 indeksi 1,66% – 6 421,29 bəndədək, Fransa CAC-40 indeksi 1,7% – 5 471,48 bəndədək, Almaniya DAX-ı isə 0,47% – 13 138,61 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,07% azalaraq 1 886,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% artaraq 1,1859 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR