Dünya neft bazarlarında Brent bahalaşıb, WTI isə ucuzlaşıb

Dünya neft bazarlarında Brent bahalaşıb, WTI isə ucuzlaşıb
# 27 avqust 2020 09:07 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,33% artaraq 1 barelə görə 45,79 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,02% azalaraq 43,38 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR