Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 09 noyabr 2020 10:18 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 2,66% artaraq 1 barelə görə 40,50 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,77% artaraq 38,17 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR