WTI neftinin qiyməti 18 illik minimumu təzələyib

WTI neftinin qiyməti 18 illik minimumu təzələyib
# 18 mart 2020 17:09 (UTC +04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında ticarət əməliyyatlarının gedişində apreldə ixrac etmək şərti ilə WTI markalı neftin 1 barelinin dəyəri Bakı vaxtı ilə saat 16:57-də 8,78% azalaraq 24,94 ABŞ dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə WTI markalı neftinin qiymətinin 25 dollardan aşağı olması 2002-cı ilin noyabrında qeydə alınıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 4,94% azalaraq 1 barelə görə 27,31 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR