Bu gün BBVB-nin valyuta bölməsində 405 min dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 405 min dollarlıq əqd bağlanıb
# 24 iyul 2008 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8072 AZN/$1 təşkil edib. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8055 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 326 856 AZN, manatın orta məzənnəsi isə 0,8071 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 405 min dollar və ya 326 856 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 101 250 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində banklar arasında həcmi 2 mln. AZN, müddəti 90 gün və faiz dərəcəsi 15,00% təşkil edən əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR