«Bank Standard» QSC-nin 20 mln. manatlıq istiqrazlarının tam yerləşdirilməsini başa çatdırıb

«Bank Standard» QSC-nin 20 mln. manatlıq istiqrazlarının tam yerləşdirilməsini başa çatdırıb
# 25 iyul 2008 15:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən dövlət qeydiyyatına alınmış «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin emissiya olunmuş sənədsiz adlı faizli istiqrazların tam həcmdə yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 20 mln. manat, istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik 13%, tədavül müddəti isə 1 080 gün təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilib. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində «Standard Capital» MMC çıxış edib.
Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR