Bu gün BBVB-nin valyuta bölməsində 14,608 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 14,608 mln. dollarlıq əqd bağlanıb
# 25 iyul 2008 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8002 AZN/$1 təşkil edib. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8071 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 476 720 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 11 312 806 AZN, manatın orta məzənnəsi isə 0,8070 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 14,608 mln. dollar və ya 11 789 526 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 043 429 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,81%, ABŞ dolları üzrə isə illik 16,81% təşkil edib. Gün ərzində banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR