Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində 9,056 mln. dollarlıq əqd bağlanıb

Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində 9,056 mln. dollarlıq əqd bağlanıb
# 30 iyul 2008 22:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8085 AZN/$1 təşkil edib. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8066 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 3 240 854 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 084 800 AZN, manatın orta məzənnəsi isə 0,8085 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 9,056 mln. dollar və ya 7 325 654 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 293 714 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,69%, ABŞ dolları üzrə isə illik 16,44% təşkil edib. Gün ərzində banklar arasında həcmi 500 min manat, müddəti 1 gün və faiz dərəcəsi 10,00% təşkil edən əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR