BFB-da 2 285,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 2 285,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 30 iyul 2008 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10303920S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 285 600 manat təşkil edib. Sifariş 95,20% (gəlirlik 11,50%) qiymətində təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 95,20% (gəlirlik 11,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 285 600 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin yanvarın 6-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR