Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib
# 31 iyul 2008 21:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10304520S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə «APA-Economics»ə BFB-dən məlumat verilib. Sifariş bir investor tərəfindən təqdim olunub və nominal üzrə ümumi məbləği 3 097 400 manat təşkil edib. Sifariş 94,63% (gəlirlik 11,51%) qiymətində təqdim edilib.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti Maliyyə Nazirliyi tərəfindən 94,63% (gəlirlik 11,51%) orta ölçülmüş qiymət 94,63% (gəlirlik 11,51%) səviyyəsində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 2009-cu il yanvarın 27-dəkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR