Bu gün BBVB-nin valyuta bölməsində 1,61 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,61 mln. dollarlıq əqd bağlanıb
# 31 iyul 2008 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8085 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8085 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 48 540 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0005 bənd qalxıb və 0,8172 AZN/$1 təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 051 050 AZN, manatın orta məzənnəsi isə 0,8085 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,61 mln. dollar və ya 1 301 840 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 322 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,69%, ABŞ dolları üzrə isə illik 16,44% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. AZN və 1,5 mln. AZN, müddəti 1 gün və faiz dərəcələri 10,00% və 11,00% təşkil edən iki əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR