BFB-da 51,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 51,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 avqust 2008 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10302620S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 51,4 min manat təşkil edib. Sifariş 96,81% (gəlirlik 11,45%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 96,81% (gəlirlik 11,45) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 51,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 18-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR