Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3,1 mln. manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3,1 mln. manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib
# 06 avqust 2008 02:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304720S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3,1 mln. manat təşkil edib. Sifarişlər 94,57% (gəlirlik 11,52%) – 94,59% (gəlirlik 11,47%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 94,57% (gəlirlik 11,52%), orta ölçülmüş qiyməti isə emitent tərəfindən 94,59% (gəlirlik 11,47%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3,1 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 3-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR