Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 2,732 mln. manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 2,732 mln. manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib
# 06 avqust 2008 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10303720S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2,732 mln. manat təşkil edib. Sifariş 96,63% (gəlirlik 11,47%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 96,63% (gəlirlik 11,47%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2,732 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 25-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR