Alüminiumun qiyməti 13 illik maksimuma çatıb

Alüminiumun qiyməti 13 illik maksimuma çatıb
# 08 sentyabr 2021 16:47 (UTC +04:00)

Qvineyadakı siyasi vəziyyət fonunda bu gün alüminiumun qiyməti artıq son 13 ilin ən yüksək həddinə çatıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bugün London Metal Birjasında (LME) üç aya çatdırılma şərti ilə bir ton alüminiumun qiyməti 0,4% artaraq 2 780 ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 6-da Bakı vaxtı ilə saat 16:17-də LME-də alüminiumun qiyməti 0,91% artaraq 2 756 ABŞ dollara yüksəlmişdi və o vaxta onillik maksimumu yeniləmişdi.

Xatırladaq ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür. Sentyabrın 5-də Qvineyada baş vermiş hərbi çevriliş nəticəsi olaraq ölkənin sərhədlər bağlanmışdı və prezident Alfa Kondenin həbs olunmuşdu.

Azərbaycan öz növbəsində, cari ilin yanvar-iyul aylarında 72,815 mln. dollar dəyərində 30 558,64 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. İxrac edilən alüminiumun dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42%, həcmi isə 5,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR